“Davudoğlu və ona dəstək verən eks AKP-çilər uğur qazanmayacaq”- AKTUAL

Tural Abbaslı: “Tam əksinə zamanında onlara lider kimi baxan və ümid bəsləyən yüzminlərlə insanın etimadını itirəcəklər”
“Bununla da siyasi səhnədən tamamilə silinmə təhlükələri yaranacaq”


"Türkiyə siyasi səhnəsi uzun illərdir sabitləşib. Yəni siyasi səhnə böyük anlamda "AKP-MHP” və "CHP-digərləri” cəbhəsinə bölünüb”.

Bunu "Sherg.az”a açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib.

Partiya rəhbəri vurğulayıb ki, bütün siyasi gedişlər və hadisələr bu mərkəzlərin ətrafında baş verir:

"Diqqət etsəniz görərsiniz ki, son bütün seçkilərin qalibləri bu mərkəzlərdir. Yəni, indi hansısa yeni siyasi qüvvənin rahat şəkildə proseslərə təsir edə biləcəyi inandırıcı deyil. Ən yaxşı haldı AKP-nin elektoratını parçalamağa cəhd edə bilərlər. Ancaq bu cəhdin də uğurlu olacağı inandırıcı görünmür. 

Çünki, belə cəhd zamanında MHP-yə qarşı da oldu. Bildiyiniz kimi Meral Akşener İyi Partiyanı yaradaraq millətçilərin elektoratına iddia etdi. Beynəlxalq güclərin, medianın və hətta bəzi kriminal dairələrin dəstəyinə rəğmən, istənilən nəticəyə nail ola bilmədilər. Bu gün də MHP Türkiyə siyasətinin əsas oyunçularından biridir”.

Prosesləri analiz edən politoloqun fikrincə, Əhməd Davudoğlu və ona dəstək verən eks AKP-çilər uğur qazanmayacaq:

"Tam əksinə zamanında onlara lider kimi baxan və ümid bəsləyən yüzminlərlə insanın etimadını itirəcəklər. Bununla da siyasi səhnədən tamamilə silinmə təhlükələri yaranacaq. Onlar kimlərin və hansı partiyanın hesabına indiki yüksəkliyə qalxdıqlarını unutmamalıdırlar”.

Qeyd edək ki, sabiq baş nazir Əhməd Davudoğlunun Konyada verdiyi açıqlamaları, siyasi təşkilatlanma ilə bağlı mesajları Davudoğlunun yeni partiya yaradacağı ehtimalını bir qədər də gücləndirib.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu