Dağıstanda körpü üstündəki maşınlarla birlikdə çökdü




Dağıstanın Suntim rayonunda körpü üzərindəki 4 avtomobillə birlikdə çöküb.

"2019-cu il mayın 5-də saat 7:00-da Suntin rayonunun Bejta kəndində körpü kənd sakinlərinin park etdiyi 4 minik maşınının ağırlığına tab gətirməyərək dağılıb”,- deyə Dağıstan DİN-in məlumatında bildirilir.

Hadisə baş verən zaman avtomobillərin sahibləri yaxınlığdakı məsciddə olublar.

Avtomobillərə zərər dəysə də, heç kim xəsarət almayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu