Kobaxidze: "Azərbaycanla bunları müzakirə edəcəyik"




Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze iyunun üçüncü həftəsi Azərbaycana səfəri çərçivəsində müzakirə edəcəyi məsələləri açıqlayıb.

Report-un məlumatına görə, spiker jurnalistlərə bildirib ki, Azərbaycan Gürcüstana dost ölkə və strateji tərəfdaşdır.

O deyib ki, iki ölkə arasında sərhəd məsələsi bu münasibətlərə uyğun formada danışıqlar yolu ilə həll olunacaq:

"Azərbaycana rəsmi səfər çərçivəsində Keşikçi Dağı Məbəd-Kompleksi məsələsi, çoxşaxəli ikitərəfli əkaqələr və əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunacaq".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu