Tramp: "ABŞ və Meksika miqrasiya ilə bağlı danışıqlarda irəliləyişə nail olub"




Meksika və ABŞ nümayəndələri bu gün Vaşinqtonda miqrasiya ilə bağlı keçirilən danışıqlarda irəliləyişə nail olublar.

"Report" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

"Ağ Evdə Meksika nümayəndələri ilə miqrasiya üzrə keçirilən diskussiya bu günü başa çatıb. İrəliləyiş əldə edilib, amma bu, kifayət deyil, - deyə Ağ Ev rəhbəri "Twitter"də yazıb.

Bundan əlavə, Tramp əlavə edib ki, əgər Vaşinqtonda keçirilən danışıqların gedişatında nailiyyət əldə edilməsə, Meksikadan idxal edilən mallara 5 faizlik rüsum tətbiq ediləcək.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, Meksika hakimiyyəti rəsmi Vaşinqtonla razılığa gəlmək istəyir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu