Cəlilabadda avtomobil 7 yaşlı uşağı vurub





Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Ocaqlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2012-ci il təvəllüdlü Nəzərov Yusif Çingiz oğlunu minik avtomobili vurub. Yaralı xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu