Moldova prezidenti mayın 10-da parlamenti buraxa bilər





Moldova prezidenti İqor Dodon artıq gələn həftənin əvvəlində - iyunun 10-da ölkə parlamentini buraxa bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, o, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun açılışında çıxışı zamanı bildirib.

"Önümüzdəki günlərdə Moldovanın yeni hökumətini qura bilərik. Ona görə də bazar gününə qədər parlament çoxluğu və hökumət yaradılmasa, bazar ertəsi parlamenti buraxmaq məcburiyyətində qalacağam", - deyə İ.Dodon vurğulayıb.

Qeyd edək ki, fevralın 24-də keçirilən parlament seçkilərindən sonra respublika tarixi ərzində ilk dəfə deputatların hətta qanunverici orqana sədr seçə və idarəetmə orqanlarını yarada bilmədiyi vəziyyət yaranıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu