TARİXÇİ: “Azərbaycan XİN və MN-nin bəyanatı olmalı idi ”

Dilavər Əzimli:"Həmçinin Müdafiə Nazirliyi açıqlamasında bildirməli idi ki, belə hallarda Azərbaycan terrorçulara qarşı istənilən əməliyyatı həyata keçirə bilər"
"Ermənilərin ərazilərimizdə sərbəst fəaliyyət göstərməsi beynəxalq hüquqa ziddir. Onlar nə əsasla tanınmamış dövlətlərin komandalarını işğal edilmiş ərazilərə yığır və çempionat keçirirlər?! "


Tanınmış tarixçi-alim Dilavər Əzimli Ermənistanın Xankəndində keçirdiyi idman yarışlarına Azərbaycan tərəfinin rəsmi reaksiya vermədiyini bildirib. Tarixçi bu barədə feysbuk hesabında yazıb:

"Millət Qarabağ savaşını tələb etməlidir. Xankəndində keçirilən idman yarışına niyə rəsmi reaksiya olmadı?”.

"Sherg.az” olaraq ətraflı məlumat üçün tarixçi ilə əlaqə saxladıq. Onun sözlərinə görə, ermənilərin işğal edilmiş ərazilərimizdə yarışlar təşkil etməsi beynəxalq hüquq ziddir:

"Ermənilər hər zaman öz həyasızlıqlarını göstəriblər. Hesab edirəm ki, Avropanın və Rusiyanın razılığı olmadan onlar torpaqlarımızda məskunlaşma prosesini davam etdirə və burada bir sıra işlər görürə bilməzlər. Məsələn, Kəlbəcərdə turizm mərkəzi açdılar. Həyasızlıq o dərəcəyə çatıb ki, Xankəndində qondarma dövlətçiliklərinin futbol komandalarının Avropa çempionatını keçirirlər. Əvvəlcə də Şuşada yallı getmişdilər. Ermənilər sanki müsəlmanlara, türklərə qarşı xristian birliyini göstərirlər. Təbii ki, bu həyasızların arxasında hansısa qüvvələr dayanmasa, onlar belə etməz. Hesab edirəm ki, ermənilərlə sərt danışmaq lazımdır. Çünki Ermənistan birmənlı şəkildə terrorçu bir dövlətdir. Bu dövlət terror əsasında yaradılıb və ona söykənir”.

D.Əzimli qeyd edib ki, Xankəndində keçirilən yarışlara görə, ermənilərə rəsmi səviyyədə təpkilər göstərilməlidir:

"Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin baş verənlərlə bağlı bəyanatı olmalı idi. Həmçinin Müdafiə Nazirliyi açıqlamasında bildirməli idi ki, belə hallarda Azərbaycan terrorçulara qarşı istənilən əməliyyatı həyata keçirə bilər. Ermənilərin ərazilərimizdə sərbəst şəkildə fəaliyyət göstərməsi beynəxalq hüquqa və qanunlara ziddir. 

Onlar nə əsasla tanınmamış dövlətlərin komandalarını işğal edilmiş ərazilərə yığır və çempionat keçirirlər? Bu çempionata nə Avropa dövlətləri, nə də Rusiya reaksiya verir. O cümlədən özümüz də susqunluq göstəririk. Cəmiyyət susmur, amma bu olanlara rəsmi şəkildə bəyənatlar verilməlidir. Ən azından onların arxasında dayanan dövlətlərə mesaj verilməli idi ki, Azərbaycan öz ərazilərində istənilən vaxt terroristlərə zərbə endirə bilər”.

Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu