“Moskva çalışır ki, ya Paşinyanı devirsin, ya da onu nəzarətə alıb zəiflətsin” – AKTUAL





"Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyanın görüşündə ölkə daxilində baş verən siyasi proseslərin müzakirəsi əsas predmet olub”.

Bunu "Sherg.az”a açıqlamasında Cənubi Qafqaz Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib.

Analitik bildirib ki, Kreml ona bağlı olan "Qarabağ klanı”na qarşı Paşinyanın siyasi hücumlarını qəbul etmir və buna son qoymağı tələb edir:

"Ümumiyyətlə bu görüş əsasən Ermənistan daxili məsələlərə həsr edilib. Moskva inqilab hakimiyyətini qəbul etmir.

 Çalışır ki, Paşinyanı devirsin, yaxud tam nəzarətə alaraq zəiflətsin. Artıq, Ermənistan Rusiya ilə ticari münasəbətləri rublla həyata keçirəcək. Göründüyü kimi Putin bu təklifi Paşinyana qəbul etdirib.

Bizi əsas maraqlandıran məsələ Qarabağ münaqişəsinin həlli istiqamətində hərhansı bir detalın müzakirə olunmasıdı”.

Ekspertin sözlərinə görə, hazırda Moskva üçün Dağlıq Qarabağ məsələsi aktual deyil:

"Putin Paşinyanla bu məsələni müzakirə etməyə ehtiyac görmür. Çünki erməni baş nazirə öncədən Qarabağla bağlı heç bir güzəştin olmayacağı mesajı verilib. Bu, Moskvanın regionda qırmızı cizgisidir. Paşinyan Moskvasız buna gedərsə, onun aqibəti digərləri kimi ola bilər. Ona görə də Paşinyanın kəskin ritorikasını və xarici işlər naziri Zöhrab Mnatsakanyanın torpaq güzəştinə getməyəcəkləri açıqlamasını müşahidə edirik”.

Siyasi şərhçi bildirib ki, hazırda danışıqlar tam fiaskoya uğrayıb:

"Rəsmi Bakı yalnız yenidən güc yolu ilə danışıqların yeni mərhələsinə start verə bilər. Avropa İtifaqı ilə çərçivə sazişinə getməməyimiz Qarabağ məsələsində Qərbin tam dəstəyini almağımıza mane olur”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu