Həftənin sualı: nə üçün yalnız toyuqlar ilboyu yumurtlaya bilirlər ? – İLGİNC CAVAB




« Sherg.az» Fransanın « sciencesetavenir.fr» saytının gerçəkləşdirdiyi « Həftənin sualı » rubrikasında yer alan maraqlı məqaləni təqdim edir. Bu həftə sözügedən saytda « Nə üçün toyuqlar ilboyu yumurtlaya bilir ? Bu, necə mümkün olur ? » sualına aydınlıq gətirilib.

Fransanın Quş Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Kim Dale bu sahədə araşdırma aparıb. O qeyd edib ki, toyuqlar yaz və payızın yarısına qədər təbii olaraq yumurtalayırlar. Əgər bir toyuqdan bütün fəsillərdə yumurta götürmək istəyirlərsə, bunu müəyyən yollarla əldə etmək mümkündür. Toyuğu anbarda süni işıq altında saxlayıb, xüsusi yemlər verməklə toyuqdan ilboyu yumurta almaq mümkündür.

Doğrudur, bu, təbii yol deyil, amma istənilən halda məlum vasitə ilə toyuğun ilboyu yumurtlamasına nail olmaq olur. Sözügedən süni proses ilk dəfə Asiyanın cənub şərqində 6 yüz il öncə baş verib. Amma bu təcrübəni yalnız toyuğa tətbiq edə biliblər. Məlum praktika digər quş növlərində heç bir effekt verməyib. Yumurtanın sayına gəlincə, elə toyuq var ki, il ərzində 100, eləsi də var, 200 yumurta verir. Toyuqlar 6 və 8 yaşlarına qədər yumurtlaya bilirlər.

Professor Jan Brijer Piku da qeyd edib ki, hər bir məhsuldar toyuq il ərzində 300 yumurta verə bilər. Gənc toyuqlar yaşlı toyuqlara nisbətən daha məhsuldar olurlar.

Tərcümə etdi : Ayyət Əhməd

Paylaş

Bizi Facebookda izləyin
menu
menu