17 yaşlı gənci ilan sancdı



Daşkəsən sakinini ilan sancıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Daşkəsən adlanan ərazisində qeydə alınıb.

17 yaşlı rayon sakini Şəhruz Allahverdiyev öz həyətlərində ot biçərkən ilan onun əlindən sancıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Xəstə ilan zəhəri əleyhinə zərdab olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu