Gənc yaşda qız son mənzilə yola salınıb





Türkiyənin İzmir şəhərinin Bulaq qəsəbəsində infarktdan həyatını itirən Derin Erpulat, ailəsi, yaxınları və yoldaşlarının gözyaşları arasında son mənzilə yola salınıb.



Derin Erpulat (26), çərşənbə axşamı gecəsi İzmirin Bulaq qəsəbəsindəki evlərində infarkt keçirib. Dərhal xəstəxanaya çatdırılan Erpulata ürək masajı edilib. Daha sonra İzmirdəki Doqquz Sentyabr Universiteti xəstəxanasına aparılan Erbulat müdaxilələrə baxmayaraq həyatını itirib.
İstanbul Universiteti Xalqla Əlaqələr Hissəsindən məzun olan və özünə iş qərargaha hazırlayan Derin Erpulatın ani ölümü, ailəsini və sevənlərini kədərə qərq edib.
Hocazadə məscidində talesiz qıza cənazə mərasimi təşkil edilib. Mərasimə lisey və universitetdən yoldaşları və qohumlar qatılıb. Mərhumun atası Tofiq Erpulat ayaq üstə güclə dayanan həyat yoldaşı Didem və qızı Dəfnə Erpulata sarılaraq onlara təskinlik verməyə çalışıb.
Gənc yaşda ölən Dərin gözyaşlarıyla son mənzilə yola salınıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu