Azyaşlı idmançımızdan Soçidə ƏZMKAR MÜBARİZƏ: rəqiblərini belə yendi... – Fotolar





Rusiyanın Soçi şəhərində taekvando üzrə azyaşlılar arasında -"INTERNATIONAL TAEKWON-DO CUP FOR CHILDREN AND CADETS” adı altında beynəlxalq turnir keçirilib.

"Sherg.az” xəbər verir ki, iyunun 6-9-da baş tutan yarışa 10-12 yaşlı idmançılar qatılıb.

Məlum turnirdə 30 kq çəki dərəcəsində Azərbaycanı  Osmanlı Murad Nadir oğlu təmsil edib. Həmyerlimiz finala qədər bütün rəqibləri üzərində təmiz xal hesabı ilə qələbə qazanıb.

 O, finalda Rusiya idmançısı ilə görüşüb və görüşdə cüzi xal hesabı ilə məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Idmançımız apardığı əzmkar, qətiyyətli mübarizəyə görə, diplom və medalla təltif olunub.

Qeyd edək ki, M.Osmanlı ölkəmizdə və ölkə hüdudlarından kənarda keçirilən idman yarışlarında çoxsaylı uğurlara imza atıb.

Məlumat üçün bildirək ki, Osmanlı Murad Nadir oğlu 10 yanvar 2007-ci il tarixdə Qazax rayon Daş Salahlı kəndində dünyaya göz açıb. 

Bu azyaşlı və məhsuldar idmançımızın nailiyyətlərini əks etdirən fotoları təqdim edirik:










Ayyət ƏHMƏD

Paylaş

Bizi Facebookda izləyin
menu
menu