Azərbaycanda yerli taxılın tədarükü artırılır






Azərbaycanda yerli taxılın tədarükü artırılır.

Bunu Trend-ə Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının sədri, "Karat Holding” MMC-nin rəhbəri Taleh Qasımov deyib.

Onun sözlərinə görə, Beyləqan və Samuxdan gətirilən taxıl yüksək keyfiyyəti ilə fərqlənir:

"Yerli taxıl əsasən dördüncü sinfə aiddir, amma yeni toxum sortları daha keyfiyyətlidir. Beyləqan və Samuxdan daha keyfiyyətli buğda gətirilir, ona görə də biz yerli taxılın tədarükünü artırırıq”.

O bildirib ki, eyni zamanda Azərbaycanda istehsal olunmuş un və un məmulatlarının yeni bazarlara ixracı ilə bağlı danışıqlar aparılır:

"Yerli buğda və un və bazarı mülayim tempdə artır, daxili tələbatla bağlı proqnozlar da məlumdur. Ona görə də biz yeni bazarların tədqiq olunması üzərində işləyirik. İraq, Türkiyə və Gürcüstanda tərəfdaşlarla danışıqlar aparılır. Ötən il biz Gürcüstana 3 min ton makaron ixrac etmişik. Potensialımız 6 min ton un ixrac etməyə imkan verir”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu