Suriyada atışma: Ölən 3 nəfərdən biri azyaşlıdır



Suriyanın Hama və Latakiya vilayətlərində qeydə alınmış qanunsuz silahlı qruplar tərəfindən atəşkəsin pozulması nəticəsində bir azyaşlı daxil olmaqla iki nəfər həlak olub.

Trend-in məlumatına görə, hadisə ilə bağlı düşmən tərəflərin barışdırılması üzrə brifinqdə deyilib.

Qeyd edilib: 

"Ötən sutka ərzində silahlılar Latakiya vilayətinin Rüyəsət-İsgəndər (iki dəfə), Kara-Caqez, Akç-Baer, Roys-Üsleyman, Ayn-Ən-Naur, Raşa, Muqattal və Royset-Ruşu yaşayış məntəqələrini atəşə tutublar. Bunun nəticəsində bir azyaşlı daxil olmaqla iki dinc sakin həlak olub".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu