Qazax xalqı bu gün prezident seçir: Növbədənkənar seçkilərə səsvermə başlayıb




Qazaxıstanda Nur-Sultan vaxtı ilə 06:00-da 48 seçki məntəqəsində QR-nın prezidentinin növbədənkənar seçkilərinə səsvermə başlayıb.

Bu barədə Oxu.Az BİA "Kazinform”-a istinadən xəbər verir.

QR-nın Mərkəzi Seçki Komitəsinin verdiyi məlumata görə, bu, seçicilər siyasıına salınmış vətəndaşların işinin xarakteri ilə bağlıdır.

Beləliklə, hərbi hissələr, istirahət evləri, sanatoriyalar, stasionar profilaktika-müalicə mərkəzləri, təcridxanalarda yerləşdirilmiş seçki məntəqələrində siyahıya salınmış bütün seçicilər səs verdiyi halda, seçki komissiyası istənilən vaxt səsvermənin bitdiyini elan edə bilər.

Qazaxıstanda növbədənkənar prezident seçkiləri günü seçki məntəqələrində səsvermə 07:00-dan 20:00-da kimi aparılacaq.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu