Qazaxıstanda prezident seçkilərində 12,8 faiz seçici səs verib




Qazaxıstanda yerli vaxtla saat 10:00 (08:00 GMT+4) prezident seçkilərində 12,8 faiz seçici səs verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının üzvü Akılbəy İhdanov deyib.

Onun sözlərinə görə, ən çox seçici fəallığı Akmolinsk vilayətində müşahidə edilir: "Burada 20,5 faiz seçici öz səsini artıq verib. Ən az seçici fəallığı Alma-Atada qeydə alınıb - 4,1 faiz".

Xatırladaq ki, bu gün Qazaxıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədar yerli vaxtla saat 07:00-da səsvermə başlayıb.

Səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək.

Qazaxıstan ərazisində və onun kənarında 9 968 seçki məntəqəsi yaradılıb. Ölkədə 11 814 019 vətəndaş səsvermə hüququna malikdir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu