Xaçaturovun Ermənistanı tərk etməsinə qadağa qoyuldu




Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sabiq baş katibi, Ermənistan silahlı qüvvələrinin keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturovun ölkədən çıxışına qadağa qoyulub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə vəkil Miqran Poqosyan məlumat verib.

O bildirib ki, Ermənistan sərhədçiləri Xaçaturovun Gürcüstana getməsinə icazə verməyiblər.

Qeyd edək ki, Y.Xaçaturova qarşı ölkənin konstitusiya quruluşunun devrilməsi ittihamı irəli sürülüb. O, 2008-ci il 1 mart aksiyasının dağıdılması işi ilə bağlı istintaqa cəlb edilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu