Abşeronda elektrik xəttində partlayış olub





Abşeron rayonunda elektrik xəttində baş vermiş partlayış yanğına səbəb olub.

Report-un məlumatına görə, hadisə Saray qəsəbəsinin üzümlük yaşayış massivində baş verib.

Elektrik xəttində qısaqapanma nəticəsində yaxınlıqdakı quru otluq ərazi yanmağa başlayıb. Havanın küləkli olması alovun əhatə dairəsini genişləndirib. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Hazırda alovun, yaxınlıqda olan yaşayış evlərinə keçməsinin qarşısının alınması istiqamətində əməliyyat həyata keçirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu