Müsavat Gənclər Təşkilatına yeni sədr seçilib




Müsavat Partiyasının Gənclər Təşkilatının VII konfransı baş tutub.

"Report"un xəbərinə görə, konfransda təşkilat sədrliyinə seçki keçirilib.

Səsvermənin nəticələrinə əsasən, Elman Quliyev Müsavat Partiyasının Gənclər Təşkilatının sədri seçilib.

E.Quliyevdən əvvəl sədr Əbülfəz Sadıqbəyli olub. O, partiya Nizamnaməsində qeyd edilən yaş məhdudiyyətinə görə istefa verib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu