Ermənistanın növbəti qanlı əməli gərginliyi artırmağa xidmət edir - XİN

Azərbaycan Xarici İşlər Nazirliyi cəbhə xəttində hərbçimizin həlak olmasına münasibət bildirib


Azərbaycan Xarici İşlər Nazirliyi cəbhə xəttində Azərbaycan Ordusunun hərbi qulluqçusunun həlak olmasına münasibət bildirib.

Sherg.az Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobudcasına pozaraq törətdiyi növbəti təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə qarşıdan gələn növbəti görüşü ərəfəsində Ermənistanda müharibə tərəfdarları və onların himayədarlarının məqsədyönlü şəkildə törətdiyi növbəti qanlı əməl münaqişənin həlli üzrə aparılan danışıqları məhv etmək və bölgədə gərginliyi artırmağa xidmət edir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu