“Bölücü faktorların neytrallaşdırılması Heydər Əliyevin milli siyasəti sayəsində mümkün oldu”





"Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra da dövlət çevrilişlərinə cəhdlər edilsə də, onların qarşısı siyasi rasionallıqla zamanında atılmış addımlar və görülmüş tədbirlər sayəsində alındı”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib

Deputat bildirib ki, 1991-1993-cü illər ərəfəsində edilmiş çevriliş cəhdləri hakimiyyət boşluğu və böhranından, ölkəyə rəhbərlik edən şəxslərin siyasi irrasionallığından qaynaqlanırdı:

"1993-cü ildən sonrakı cəhdlər Ümummilli lider Heydər Əliyevin siyasi sabitliyi və ümummilli bütövlüyü təmin etmək üçün gördüyü tədbirlərə əks reaksiya idi. 

Başqa sözlə, Ulu öndərin sistematik tədbirlər planının fonunda məlum çevriliş cəhdlərinin arxasında və əsasında duran dağıdıcı daxili və xarici qüvvələr ölkəmizdə siyasi sabitliyin təmin edilməsinə yönəlik strateji tədbirlərin qarşısını almağa və ölkədə yenidən anarxiya mühitini bərpa etməyə çalışırdılar. 

Amma ölkədəki situasiya əvvəlki kimi deyildi. Ulu öndər Heydər Əliyevin sürətli strateji tədbirlər planı və milli siyasəti sayəsində ictimai-siyasi palitrada kardinal səciyyə daşıyan mərhələli reformativ tədbirlər görüldü. Bunun sayəsində bölücü faktorların neytrallaşdırılması mümkün idi. Bütün bu strateji tədbirlər sayəsində məhz bu cür də oldu. Yəni, bölücü faktorların neytrallaşdırılmasına və ictimai-siyasi müstəvidə siyasi sabitliyin təmin olunmasına nail olundu”.

Parlament üzvü bildirib ki, kritik tarixi hadisədən sonra Azərbaycan etnik və regional seperatçılıqdan, vətəndaş müharibəsindən qurtuldu:

"Ölkəmizdə ən yeni siyasi tariximizin fundamental təməlləri yaradıldı və Azərbaycan sabit və dinamik inkişaf yoluna çıxarıldı. Bu gün də həmin yol inamla davam etdirilir və heç şübhəsiz, bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin gərgin əməyi, səmərəli fəaliyyəti sayəsində mümkün olur. Olduqca mürəkkəb bir regionda hazırki inkişafa və sabitliyə nail olmaq yalnız 4 iyun hadisələrindən obyektiv dərs çıxarmaq və onun nəticələrini düzgün qiymətləndirməklə mümkün ola bilərdi. Azərbaycan da bunu bacardı”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu