“Ermənistan yalanları ilə artıq həmsədrləri və beynəlxalq ictimaiyyəti aldada bilmir”





Xəbər verdiyimiz kimi, Dağlıq Qarabadakı Ermənistan silahlı birləşməlırinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Elşən Xəlilov həlak olub.

ATƏT Minsk Qrupu həmsədrlərinin regiona səfəri ərəfəsində mayor Aqil Ömərovun qətlə yetirilməsi, hazırda XİN rəhbərlərinin görüşü ərəfəsində də daha bir təxribat törədilməsi sübut edir ki, Ermənistan atəşkəs rejiminin qorunub saxlanmasını, sülh danışıqlarının konstruktiv məcrada davam etdirilməsini istəmir.

Ermənistanın müdafiə naziri David Tonoyan təsdiq edib ki, Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verib və bu əməliyyatı icra edən erməni hərbçilərin yüksək mükafat təqdim edib.

Ermənistanın baş naziri Nikol Paşinyanın Sankt- Peterburqda forum zamanı işğalçı ölkənin rəhbərliyinin cəbhə xəttində təxribatlara hər hansı aidiyyətinin olması bardə sualı təkzib etməsi, sonra isə bu ölkənin müdafiə nazirinin belə açıqlaması göstərir ki, ya baş nazir ölkəni idarə edə bilmir, ya da bütün bunlar yalandır. Və sülh danışıqlarının imitasiyasıdır.

İstənilən halda Ermənistan öz yalanları ilə artıq həmsədrləri və beynəlxalq ictimaiyyəti aldada bilmir.

Beynəlxalq ictimaiyyət Ermənistanın təxribatlarına sərt reaksiya verməli və bu ölkənin işğalçı siyasətinin, sülh danışıqlarını sabotaj etməsinin qarşısını almalıdır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu