“Paşinyan bu planla danışıqları manipulyasiya edir” – ŞƏRH





"ATƏT-in Minsk Qrupu həmsdərlərinin ölkəmizə son səfəri danışıqlara zərbə vurdu”.

Bunu "Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Son günlər artan erməni təxribatını dəyərləndirən analitik bildirib ki, həmsədrlərin səfəri rəsmi Bakıya danışıqlarda Paşinyanın təklif etdiyi erməni separtaçılarının "tərəf” kimi qatılmasının zəruriliyini qəbul etdirmək idi:

"Rəsmi İrəvan Qarabağ separtçılarının danışıqlarda tərəf olmasını açıq şəkildə qabardır və problemin həllinin bunsuz mümkünsüz olacağını iddia edir. Görünür, həmsdərlər də Paşinyanın bu təklifi ilə razılaşıblar. Əsasən, Moskva və Paris bu qərarı dəstəkləyir. Paşinyan bu planla danışıqları manipulyasiya edir. 

Əslində, baş nazir yaxşı bilir ki, Azərbaycan buna getməyəcək, separtçıların danışıqlarda iştirakı mümkün deyil. Separatçıların danışıqlarda tərəf olması "Lavrov planı”na uyğundur. Azərbaycana bu yolla təzyiq etməyə çalışırlar. Rəsmi Bakı Qərbl, xüsusən ABŞ-la intensiv danışıqlar aparmalıdır”.

Siyasi şərhçinin sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında davam edən sarsılmaz qardaşlıq taktiki-döyüş təlimi münaqişə ətrafında müəyyən dəyişikliyə xidmət etməlidir:

"Danışıqlarda hərbi ritorika üstünülük təşkil etməlidir. Maraqlı tərəf olaraq Qarabağda yeni formalaşan erməni icması ilə Azərbaycan icması arasında dialoq baş tuta bilər. Hazırkı məqamda isə, Xankəndində Koçaryan və Sarkisyana bağlı terrorçu qrupların icma kimi fəaliyyəti qanunsuzdur. 

Paşinyan çalışır ki, gələn il qondarma seçkilərdə öz adamını icma başçısı seçdirsin və onun buyuruqları burada keçərli olsun. Ermənistana güzəşt limiti bitir. Ona görə də müdafiə deyil, hücum taktikası ilə irəlləməliyik”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu