"Bakı Metropoliteni"nin aldığı 10 yeni vaqon Bakıdadır





"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti Rusiyanın "Metrovaqonmaş" zavodundan aldığı 10 vaqondan ibarət iki yeni qatarı Bakıya gətirib.

Bu barədə "Sherg.az"a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, müasir tipli 2 qatar tərkibi artıq Bakıdadır: "Qatarlar hazırda təhvil-təslim olunur. İyunun 11-də hər iki qatar tərkibi DEPO-ya daxil olacaq. Qatarlar sazlama və sınaq işlərindən sonra xəttə buraxılacaq".

B.Məmmədov bildirib ki, gələn aydan etibarən daha 4 qatar tərkibi-20 yeni vaqon Bakıya gətiriləcək. İlin sonuna qədər həmin vaqonlar da xəttə buraxılacaq.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu