Təhsil Nazirliyinə pul ayrıldı - SƏRƏNCAM




Prezident İlham Əliyev "Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” sərəncam imzalayıb.

"Sherg.az"ın xəbərinə görə, sərəncama əsasən, respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.16.2-ci yarımbəndində göstərilmiş 18,0 (on səkkiz) milyon manat vəsait Təhsil Nazirliyinə ayrılıb.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu