Atanın azyaşlı oğluna amansız işgəncə verməsinə SƏRT REAKSİYA... – Tükürpərdən video





Ötənlərdə sosial mediada, eləcə də mətbuatda bir "ata”nın övladını döyməsini əks etdirən video görüntü yayılıb. Sosial şəbəkələrdə yer alan görüntü ciddi rezonans doğurub.

Övladını amansız işgəncə verib, ona müxtəlif xəsarətlər yetirən "ata”nı hər kəs şiddətlə qınayıb. Bəzi istifadəçilər uşaqlara qarşı şiddət törədənlərin ağır cəza almasını tələb edirlər.

Uşaqların şiddətə məruz qalmasına çox rastlamışıq. Təəssüf ki, bu vəhşiliyi edənlər arasında bəzən valideynlər də yer alır. Maraqlıdır, baş verənlərdən sonra "ata”nı qanunvericilikdə hansısa cəza gözləyirmi?

Sualımızı cavablandıran uşaq Hüquqlarının Müdafiə Liqasının sədri Yusif Bəkirov "Sherg.az”a açıqlamasında bu sahədə ciddi qanun pozuntusunun olduğunu deyib.

Ekspert həmin adamın məsuliyyətə cəlb edilməsinin vacibliyini də vurğulayıb:

"Video görüntülərin sosial şəbəkələrdə yayılması və burada açıq-aşkar uşağa qarşı vəhşiliyin əks olunması zamanı müvafiq dövlət orqanları məsələyə müdaxilə etməlidir. Baş verən hadisənin ciddiliyi nəzərə alınmalı və müəyyən tədbirlər görülməlidir.

Təəsüflər olsun ki, bəzən belə tədbirlər görülmür. Görülsə belə bütün bunlar cəmiyyətə çatdırılmır. Bu məsələlərə nəzarət edən dövlət orqanları mətbuat orqanları ilə birlikdə çalışmalı və baş verənləri ictimaiyyətin nəzərinə çatdırmalıdır. Mətbuatda bu kimi hallar daimi olaraq işıqlandırılmalıdır ki, belə hallar baş verməsin”.


Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu