Nasa kosmik turistlər üçün Beynəlxalq Kosmos Stansiyası açacaq : biletin qiyməti 58 milyon dollardır




Nasa 2020-ci ildə kosmik turistlər üçün Beynəlxalq Kosmos Stansiyasını açacaq.

«Sherg.az » «sciencesetavenir.fr »ə istinadən xəbər verir ki, biletin qiyməti 58 milyon dollar olacaq. Bu barədə Amerika Kosmik Agentliyinin maliyyə direktoru Jef dö Vit açıqama verib.

Nasanın digər rəhbər şəxsi Rabin Qaten də dəqiqləşdirib ki, agentlik hər il xüsusi astronavtların iki qısa missiyasına imkan verir:

« Xüsusi astronavtlar iki şirkət vasitəsilə daşınacaq. 

Bunlara « SpaceX »ın «Crew Dragon » və « Boeing» şikrətləri daxildir. 

Bu şirkətlər səyahət sifarişlərini qəbəl edəcəklər. Həmin astronavtlar maksimum 30 gün qalmaq üçün 58 milyon dollar xərcləməli olacaqlar. Bu da hər gecələrinə 35 min dollar deməkdir».

Tərcümə etdi : Ayyət Əhməd

Paylaş

Bizi Facebookda izləyin
menu
menu