Kilosu ətdən bahalıdır

Sakinlər onu satıb dolanırlar


Türkiyənin Siirt bölgəsinin Almadalı kəndinin sakinləri qarın əriməsindən sonra ortaya çıxan dağ göbələklərini toplamağa başlayıb.





Sherg.az türk mediasına istinadən xəbər verir ki, yığdıqları göbələkləri Siirtin mərkəzinə aparan kəndlilər, burada 30-50 lirə arasında satdıqları məhsullardan əldə etdikləri pullarla dolanışıqlarını təmin edirlər. Dağ yamaclarında otların arasında yetişən göbələkləri satmaq üçün yığdıqlarını ifadə edən kəndli Hacı Basır, ailə büdcəsinə qatqı təmin etmək üçün səhərin erkən saatlarında göbələk toplamağa getdiklərini söyləyir. Göbələyin ətə rəqib olduğunu ifadə edən Basır, "Almadalı kəndində yaşayırıq. Bu gördüyünüz göbələkləri dağlardan yığırıq. Kilosunu 50 lirəyə satırıq. Ət 42 lirə, göbələk 50 lirədir" deyir. Dağ göbələyinin qida dəyərinin olduqca yüksək olduğunu ifadə edən digər kəndli Orxan Beyan isə ləzzət və şəfa qaynağı olan göbələyin bir çox dərdlərə dərman olduğunu söyləyir. O, "Otların içindən çıxır. Çox yararlı bir göbələkdir. Dadı ətdən daha ləzzətli və daha sağlamdır, kilosu 50 lirədən satılır" deyə bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu