Liseylərə qeydiyyat başladı - Nə vaxt başa çatacaq?




Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki liseylərə V sinfə şagirdlərin qəbulu üçün elektron qeydiyyat başlayıb.

Bu barədə Lent.az -a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinə V sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. Elektron sənəd qəbulu müvafiq təlimata uyğun aparılacaq və iyunun 19-da başa çatacaq.

BŞTİ-nin tabeliyindəki 23 məktəb-lisey və liseyin VII sinfinə (20, 62, 70, 72, 83, 166, 213, 220, 246, 252, 261, 264, 267, 275, 299, 49, MLK, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey, 291 nömrəli Ekologiya Liseyi, Texniki-Humanitar Lisey, 16 nömrəli Texniki-Humanitar Lisey, 287 nömrəli "Zəkalar” Liseyi) sənəd qəbulu isə 10 iyun tarixdən etibarən müvafiq məktəb-lisey və liseylərdə aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu