Baxçalı sərt danışdı: “Qızarmayan üzləri ilə məğlubiyyət yaşayacaqları günlər çox yaxındadır”




"23 iyun İstanbul Böyük Şəhər Bələdiyyəsi seçkilərinə az zaman qaldı. "Cumhur İttifaqı”nın qələbə qazanacağı məsələsində səmimiyik, həyacanlıyıq. Mitilimizi İstanbula daşımışıq”.

Sherg.az Türkiyə KİV-ə istinadən bildirir ki, bu sözləri Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı seçkilərlə bağlı açıqlamasında bildirib.

Qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə "Cumhur İttifaqı”nda yer alan MHP, iyunun 23-də İstanbul Böyük Şəhər Bələdiyyəsinə keçiriləcək təkrar seçkilərin təbliğat kampaniyasına qoşulmaq üçün sədr başda olmaqla partiya yetkililərinin bir müddət İstanbula köçəcəyini bildirmişdi. Bu günlərdə isə müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan bir çox funksionerlər MHP-nin təbliğat kampaniyasında iştirakının görünmədiyini iddia ediblər.

Baxçalı isə CHP-lilərin yalan danışdığını söyləyir. MHP lideri qeyd edib ki, əks təbliğat aparanların yalanları, çırpıntıları effekt verməyəcək:

"MHP hardadır” - deyib ucuz sual verənlərə deyirəm ki, İstanbulun hər yerindəyik. Gözləri olub görməyənlər, qulaqları olub eşitməyənlər, ağızları olub danışmayanlar, qəlbləri möhürlülər istəsələr də bizi görməyəcəklər, haqqımızı verməyəcəklər. İşini-gücünü kənara qoyub, mən və partiyamızla bağlı spekulyasiya edən insanlara ən yaxşı cavab 23 iyunda seçki qutusunda veriləcək. Bunların, yaşarmayan gözləriylə, qızarmayan üzləri ilə məğlubiyyət yaşayacaqları günlər çox yaxındadır. Elmi yaman, İstanbulmu yaman anlayacaqlar”.

MHP sədri, biri-birinə rəqib olan Binəli Yıldırımla Əkrəm İmamoğlunun 16 iyunda canlı yayın vasitəsilə debat keçirəcəklərinə də münasibət bildirib:

"Əgər debatda İsmayıl Küçükkayanın moderatorluğu dəqiqləşərsə, hər kəs bilsin ki, 16 iyun saat 22.00-dan etibarən televizora baxmayacam”.

Anar

Paylaş

Bizi Facebookda izləyin
menu
menu