İran ABŞ-ın məşhur qəzetinin müxbirinə qadağa qoydu – Səbəb göstərilmir





İran "New York Times” qəzetinin Tehran bürosunun müxbirinin fəaliyyətinə qadağa qoyub.

Sherg.az bildirir ki, qəzetin xəbərinə görə, İran hakimiyyət dairələri, "New York Times”in Tehran bürosunun müxbiri Tomas Erdbrinqin akreditasiyasını heç bir səbəb göstərmədən ləğv edib.

İranda 2012-ci ildən bu yana müxbirlik edən Hollandiya vətəndaşı Erdbrinq akreditasiyasının İran hakimiyyəti tərəfindən ləğv edildiyinə görə, fevral ayından etibarən fəaliyyət göstərmədiyini açıqlayıb.

İranın dövlət televiziyası da "New York Times”in hollandiyalı müxbirinin akreditasiyasının fevraldan bu yana uzadılmadığını müəyyənləşdirib.

Qeyd edək ki, İran 2015-ci ildə də "Washington Post” qəzetinin Tehran müxbiri Cason Rızaiyanı da casusluq ittihamı ilə həbs etmişdi. Rızaiyan, nüvə anlaşması danışıqları gedən zaman, 2016-cı ilin yanvarında İranla ABŞ arasında razılaşdırılan məhbus dəyişdirilməsində azad edilmişdi.

Anar

Paylaş

Bizi Facebookda izləyin
menu
menu