Dünya iqtisadiyyatına CİDDİ ZƏRBƏ – AKTUAL





Ticarət müharibəsi dünya iqtisadiyyatının inkişafına əsas təhlükədir. Bu, eyni zamanda bir sıra digər risklər - çox aşağı faiz dərəcələri və inkişaf etmiş iqtisadiyyatların borc səviyyəsinin artması deməkdir. Bunu Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristin Laqard Yaponiyanın Fukuoka şəhərində keçirilən G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi banklarının rəhbərləri ilə görüşdə bəyan edib.

Onun sözlərinə görə, təkcə ABŞ-la Çinin qarşıdurması 2020-ci ildə dünya ÜDM-in 0,5 faizini ala bilər. Mütləq rəqəmlə ifadə edilsə, bu, 455 milyard dollar deməkdir. Laqardın fikrincə, qlobal iqtisadiyyatdakı riskləri azaltmaq üçün ilk növbədə ticarətdəki mövcud gərginliyi aradan qaldırmaq lazımdır. 

O, tətbiq edilən rüsumların ləğvini və yenilərinin tətbiq edilməməsini, eləcə də beynəlxalq ticarət sisteminin modernləşdirilməsini nəzərdə tutduğunu deyib.

BVF-nin icraçı direktoru qlobal iqtisadiyyatdakı qeyri-sabitliyin aradan qaldırılması üçün dövlətlərin birgə işləməsini vacib hesab edir. G-20 ölkələri hökumətlərinin maliyyə nümayəndələrinin görüşü 8-9 iyun tarixlərində Fukuokada keçirilib.

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov hesab edir ki, dünyanın iki nəhəngi – Amerika Birləşmiş Ştatları və Çin arasında artıq uzun müddətdir davam edəm ticarət münaqişəsi getdikcə dərinləşir və bu da dünya iqtisadiyyatına ciddi zərbə olacaq:

- Dünya iqtisadiyyatının az qala 40%-ə qədərini verən bu iki nəhəngin savaşı belə davam edərsə, bu 2020-ci ildə dünya üzrə ümumdaxili məhsulun həcminin 0,5% və ya orta hesabla 500 milyard dollara qədər azalması demək olacaqdır. Müqayisə üçün bildirək ki, dollar ifadəsində Azərbaycanın bir illik Ümumi Daxili Məhsulunun həcmi heç bu məbləğin 10%-i səviyyəsində belə deyil. Yəni iki dövlət arasında yaşanan bir rüsum müharibəsinin yaratdığı itki Azərbaycanın 10 illik ÜDM-dan çoxdur. Bu ciddi bir azalmadır.

Məlahət

Paylaş

Bizi Facebookda izləyin
menu
menu