Aqşin Kazımzadəyə məxsus yazı makinası Mətbuat Tarixi Muzeyinə hədiyyə edilib – Fotolar





"Şərq” qəzetinin redaksiyasında fəaliyyət göstərən Mətbuat Tarixi Muzeyinə yarandığı gündən etibarən bəzi media nümayəndələri ,tanınmış ziyalılar dəyərli eksponatlar və nadir nümunələr hədiyyə ediblər. "Şərq” qəzetinin bugünkü qonağı Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti, Əməkdar jurnalist Eldar İsmayılov da redaksiyamıza əliboş gəlməyib. E.İsmayılov tanınmış mətbuat nümayəndəsi, Azərbaycanın əməkdar jurnalisti Aqşin Kazımzadəyə məxsus yazı makinasını Muzeyimizə təqdim edib və mərhum jurnalistlə bağlı xatirələrini danışıb. 



"Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da öz növbəsində dəyərli eksponata görə E.İsmayılova öz təşəkkürünü ifadə edib.

Məlumat üçün deyək ki, 1937-ci ildə anadan olan Aqşin Kazımzadə jurnalistikaya ilk qədəmlərini "Molodyoj Azerbaydjana” qəzetində atıb. O, "Sovetski sport”un Azərbaycan üzrə yeganə azərbaycanlı bölgə müxbiri işləyib. 


Uzun müddət "İdman” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Bununla yanaşı tanınmış jurnalist A.Kazımzadə "Bakinski raboçi”, "Vışka” və Bakıda nəşr olunan digər rusdilli qəzetlərdə də müxtəlif vəzifələrdə çalışıb. 

2001-ci ildən "Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri işləyib. "Əməkdar jurnalist” adına, "Qızıl qələm” mükafatına və çoxsaylı fəxri fərmanlara layiq görülüb. 2011-ci il iyunun 11-də, 74 yaşında dünyasını dəyişib.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu