12 bəy - gəlin namizədində təhlükəli xəstəlik aşkarlandı





 Ötən ay ərzində nikaha daxil olmağa hazırlaşan şəxslərin 12-də sifilis, 4-də HİV1/2 (QİÇS), 382-də talassemiya daşıyıcılığı aşkarlanıb. Hər ikisində daşıyıcılıq olan cütlüklərin sayı isə 6 olub. Bu haqda B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutundan Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib.

Daha öncəki ayla müqayisədə may ayında sifilis və HİV1/2-yə yoluxan xəstələrin sayında azalma, talassemiya daşıyıcısı olan xəstələrin sayında isə artım qeydə alınıb. Belə ki, bu ilin aprelində talassemiya daşıyıcısı olan xəstələrin sayı 290, sifilis xəstələrinin sayı 31, HİV1/2 aşkarlanan xəstələrin sayı isə 24 olub.

Qeyd edək ki, ümumilikdə isə ötən ay ərzində nikaha daxil olmağa hazırlaşan 13 min 62 şəxs müayinədən keçib.



Paylaş

Bizi Facebookda izləyin
menu
menu