Super Analar” layihəsinin təqdimatı oldu - Fotolar





İyunun 10-da Bakıda, "Xəyal adası” yaşayış kompleksində "Super Sun” yağ markasının təşkilatçılığı ilə hazırlanan "Super Analar” layihəsinin təqdimat mərasimi keçirilib.

Bildirilib ki, yenilikləri və sosial layihələri ilə daim seçilən "Super Sun” markası bu dəfə xanımların mətbəxinə hər kəsin sevərək izlədiyi bloggerlərlə birlikdə gələcək. Layihə zamanı bloggerlik fəaliyyətləri ilə sevilən məşhur simalar mətbəxdə müxtəlif yeməklər və şirniyyatlar hazırlayaraq, xüsusi reseptlərini "Super Sun” markasının sosial media kanallarının izləyiciləri ilə paylaşacaqlar.




Sadəcə yemək hazırlamaqla kifayətlənməyən bloggerlər, eyni zamanda, mətbəxdə tətbiq etdikləri praktik üsulları, kiçik mətbəx sirlərini, uşaqlara yeməyi sevdirməyin yollarını və s. məlumatları təqdim edəcəklər.

Təşkilatçılar bütün xanımları "Super Sun” markasının "Youtube”, "Facebook” və "Instagram” kanalları vasitəsilə "Super Analar” layihəsini izləməyə dəvət edirlər. Bloggerlərin hazırladığı yeməklərin və şirniyyatların reseptləri, eyni zamanda, "www.neyeyek.az” saytında yerləşdiriləcək. Bu saytda xanımlar dünya mətbəxlərinə məxsus dadlı yemək reseptləri əldə edə biləcəklər. Saytın digər üstünlüyü isə hər kəsin qeydiyyatdan keçərək reseptlərini paylaşa bilməsi və həmin reseptlərlə yarışmalarda qalib olmaq şansı qazanmasıdır.

Qeyd edək ki, "Super Analar” layihəsi mütəmadi şəkildə yeni və fərqli konseptlərlə xanımların görüşünə gələcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu