“Azad olunmuş vilayətlərin” qəddar həyatı: İŞİD bəlası bitməyib - FOTO




İŞİD-in məhv edildiyi, terrorçular üzərində qələbə qazanıldığı dəfələrlə bildirildi - həm İraq rəsmiləri, həm də Suriyada olan Rusiya ordusu tərəfindən. Amma təhlükəsizliyin təmin edildiyinin yalan olduğu da ortaya çıxır. Çünki əvvəllər İŞİD-in nəzarətində olmuş ərazilərdə yaşayan insanlar mütəmadi olaraq terrorçuların hücumlarına məruz qalırlar. Bundan başqa, keçmiş "xilafət” sakinləri, terrorçuları və terrorçulara yardım edən şəxsləri axtaran İraq v əsgərlərindən də qorxurlar. Çünki əsgərlər evlərdə axtarış aparırlar, şübhəli məqamda, terrorçu və ya terrorçuya yardım edən şəxsləri ciddi cəzalandırırlar.
Axtarışlar ən çox Mosul yaxınlığındakı Baduş qəsəbəsindəki evlərdə aparılır. Ora əvvəl İŞİD-in əsas qalalarından sayılırdı. "Tapes.ru”, "Azad olunmuş vilayətlərin” qəddar həyatı haqqında material dərc edib. Sherg.az həmin yazını təqdim edir....

Təhlükəsizlik qüvvələri tez-tez sadə insanların evlərinə girməyə başlayıblar. Çünki əsgərlər müəyyən məlumatlar alırlar. Heç kim əsgərdən sübut tələb edə bilməz ki, niyə onun evində terrorçu axtarılır. Ona görə ki, o sadə insanların içərisində İŞİD-ə simpatiyası olan, terrorçuları dəstəkləyənlərin olması mümkündür. Bunun üçün təhlükəsizlik qüvvələrinin əsasları var. 2014-cü ildə İŞİD-çilər Baduşdan yaxınlıqdakı Mosul şəhərinə hücuma keçiblər. Bununla da İraqda terrorçular "Xəlifəlik” qurublar ki, sonradan Mosul qruplaşmanın əsas şəhərinə çevrilib. Hökumət rəsmilərinin açıqlamasına görə, müharibədən əvvəl 25 min əhalinin üçdə ikisi terrorçuları dəstəkləyib.

"Human Rights Watch” təşkilatının hüquq müdafiəçilərinin fikrincə, axtarış zamanı əsgərlərin şübhələndiyi insanlar işgəncələrə məruz qalırlar. Onlardan İŞİD-lə əməkdaşlığı etiraf etmələri tələb olunur. Bundan sonra isə onları ağır məhkəmə gözləyir.

Şəhər təxminən iki il əvvəl terrorçulardan azad edilsə də, hələ də xarabalıqdır. Bu isə İŞİD-çilər üçün ideal şərait deməkdir. Bildirilir ki, gecələr terrorçular şəhərə tez-tez gəlirlər - insanları qaçırırlar. Və qaçırdıqları insanların yaxınlarından onları gizləmələrini tələb edirlər. Terrorçularla işbirliyinə getməyəndə isə, qaçırdıqları insanları öldürürlər. Bəzi ailələr, buna görə terrorçuları gizlətmək məcburiyyətində qalırlar. "Biz İŞİD-ə yardım edən ailələr haqqında kəşfiyyat məlumatları alırıq. Sonra evə basqın edirik” - əsgərlərdən biri belə deyib.

Anar






Paylaş

Bizi Facebookda izləyin
menu
menu