ABŞ və Fransa arasında TİCARİ MÜHARİBƏ... - Trampdan sərt bəyanat






ABŞ prezidenti Donald Tramp Fransa şərabına gömrük vergisi tətbiq etmək istəyir.

« Sherg.az»ın «lepoint.fr»ə istinadən verdiyi xəbərə görə, D.Tramp bəyan edib ki, Amerika şərabı rəqabətdə Fransa şərabına uduzur.


- Fransa bizim şərablara yüksək gömrük vergisi tətbiq edir. Biz isə onların vergi qoymuruq. Buna bir çarə tapılmalıdır.

Xəbərdə o da əlavə olunub ki, ötən ayın noyabrından D.Tramp Fransa ilə Amerika arasında ticari əlaqələrdə natarazılığın yaranmasını dilə gətirib. 

O bildirib ki, Fransa Amerika şərabının bu ölkədə satılması üçün şərtləri sərtləşdirib.

-Ağır gömrük vergisi tətbiq edib. Amma Amerika Fransa şərablarının Amerikada satılması prosesini asanlaşdırıb. Hesab edirəm ki, bu düzgün deyil və proses dəyişilməlidir.


Xəbərin sonunda məxsusi olaraq qeyd olunur ki, D.Trampın bu bəyanatından sonra ABŞ və Fransa arasında ticari müharibə başlayacaq.

Tərcümə etdi : Ayyət Əhməd

Paylaş

Bizi Facebookda izləyin
menu
menu