İstifadə olunmuş paket çaylarını bağınıza basdırın və faydalarını görün ! - İNANILMAZDIR ! (fotolar+ video)





Paket çaylarını istifadə etdikdən sonra atmayın. Onları yığın və sonra bağınıza basdırın, inanılmaz nəticəsi olacaq.

« Sherg.az»« lepoint.fr »ə istinadən xəbər verir ki, bu paket çayları bağınızda münbit bir vəziyyət yaradacaq.

Əlbəttə, bu paket çaylarını toplamaq çətindir və səbr tələb edən məsələdir. Amma onları bir bir yerə yığıb basdırmaqla bağınızı həqiqətən də cənnətə çevirə bilərsiniz.

Bu istifadə olunmuş paket çayları torpağa basdırmaqla torpaq üçün əlavə qidalanma fürsəti yaradırsınız. Onlar torpağa əlavə qidalanma imkanı verir ki, bu da torpağın məhsuldarlığı və bərəkətini artırır.

Məsələn, banan ağacının bir növü olan Abakanın dibinə paket çayları basdırmaqla onun məhsuldarlığını ciddi şəkildə artırmaq olur.

Eyni zamanda ağacı xəstəliklərdən qoruyur.

 
Həmçinin bu paket çaylarını güllərin dibinə də basdıra bilərsiniz. Belə olan halda gül ağacı suyu daha yaxşı qəbul edəcək. Və ona hər hansı bir xəstəliyin düşməsi ehtimalı tamamilə azalacaq.

Bağınızı alaq otlarından xilas etmək istəyirsinizsə, bağınızda ziyanlı otların bitməsini istəmirsinizsə, məlum metoddan istifadə edə bilərsiniz. Paket çaylarını bağınıza basdırmaqla bağınızı zərərli otlardan da qorumuş olursunuz.

Bundan başqa hər hansı bir qaba toxum töküb, böyütmək istəyirsinizsə, yenə də bu paket çaylardan istifadə edə bilərsiniz.

Bu çayları torpağa basdırın, bir neçə aydan sonra həmin torpağı götürüb qaba tokün və toxumu basdırın.

Bu torpaq həmin toxumun çox sürətlə və sağlam böyüməsinə zəmanət verir. Həmin bitki böyüdükdən sonra onu çox asanlıqla başqa qaba dəyişə biləcəksiniz.

Bağınızda pişiklər gəzişirsə, siz onların öhdəsindən gələ bilmirsinizsə, yenə də bu vasitədən istifadə edə bilərsiniz.

Paket çaylarını tünd qəhvə ilə qarışdırıb torpağa basdırın . Bunları birlikdə verdiyi iy pişiklərin bağınızdan qovacaq. Pişiklər onun iyindən qaçır.

Həmçinin bu metoddan istifadə edərək bağınızı qurdlardan və digər zərərli həşəratlardan təmizləyə bilərsiniz.

Qurdlar bağda əkilən bitkinin yaşıl yarpalarını yeyir və onun əmələ gəlməsinə mane olur. Ancaq bu metoddan yararlansanız, bağınızda zərərli həşəratlar qalmayacaq.



Tərcümə etdi : Ayyət Əhməd

Paylaş

Bizi Facebookda izləyin
menu
menu