AVRO-2020: Türkiyə ilk məğlubiyyətini alıb, Almaniya darmadağına sevinib





AVRO-2020-nin seçmə mərhələsində növbəti oyunlar keçirilib.

APA-nın məlumatına görə, beş qrupda keçirilən 13 görüşlə IV tura yekun vurulub.

C qrupunda Almaniya ardıcıl 3-cü qələbəsini Estoniya üzərində qazanıb. Bundestim rəqibini 8 qolla darmadağın edib. Şimali İrlandiya da itkisiz irəliləməyə davam edib. Onlar xal üzünə həsrət Belarusu səfərdə yeniblər.

Azərbaycan yığmasının yer aldığı E qrupunun lideri Macarıstan Uels üzərində çətin qələbədən sonra mövqeyini möhkəmlədib. Millimizi 5:1 hesabı ilə yenən Slovakiya 2-ci pilləyə yüksəlib.

H qrupunun itkisiz irəliləyən lideri Türkiyə səfərdə İslandiyaya uduzub. Fransanın da Andorranı darmadağın etməsindən sonra üçhakimiyyətlilik yaranıb. Moldovanı məğlub edən Albaniya isə liderlərdən üç xal geri qalır.

İ qrupunun liderləri növbəti qələbələrini qazanıblar. Belçika Şotlandiya, Rusiya Kipri məğlub yola salıb. Qazaxıstan isə aşkar autsayder San-Marinonu böyük hesabla yenib.

İtaliya J qrupunda ardıcıl 4-cü qələbəsini Bosniya və Herseqovina ilə matçda qazanıb. Finlandiya Lixtenşteynə qalib gəlib. Yunanıstan isə evdə Ermənistana uduzub.

Qeyd edək ki, IV turun ilk 12 görüşü iyunun 10-da keçirilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu