Şərqşünas alimdən ÇAĞIRIŞ: “Qaloş piri”məsələsinin üzərinə ciddi düşmək lazımdır”





Azərbaycanda çəkilən görüntülər sosial şəbəkələrdə, eləcə də cəmiyyətimizdə rezonans doğurub. Videoda "Qaloş piri” deyilən yerə gələn insanlara şəfa tapmaq, niyyətlərinin qəbul olunması üçün başlarına qaloş sürtdürürlər.

Məlum olub ki, video Goranboy rayonu Qurbanzadə kəndində çəkilib. Yerli sakinlər seyid kimi tanınan və 30 il əvvəl iyunun 7-də vəfat etmiş Miribiş ağanın evinə yığışıb. Onun qaloşunu başlarına sürtərək şəfa tapacaqlarına inanırlar. Əvəzində isə pul və qiymətli əşyaları həmin evə qoyurlar.

Baş verənlərlə bağlı "Sherg.az”a danışan şərqşünas-alim Seyid Camal Əzimbəyli bildirib ki, Azərbaycanın heç bir yerində "Qaloş piri” adlı ziyarətgah yoxdur.

Onun sözlərinə görə, Goranboyda həmin bölgənin çox sevib və ehtiram göstərdiyi Mirbəşir ağa olub:

"İnsanlar həmişə belə insanlara hörmət ediblər. Amma təəssüflər olsun ki, rəhmətlik seyidin papağını insanların üzərinə sürtürlər. Bu isə heç bir dini inanca, islamın gətirdiyi qaydalara sığmır. Belə hərəkətlər islamın qaydalarına yad əməllərdir. "Qaloş” deyib onu Azərbaycanın ictimaiyyətin rəyinə gətirən insanın kim olduğunu bilərəm. Belə insanlar "qaloş” deməklə müqəddəs pirləri və övliyaları aşağılamaq istəyirlər”.

Şərqşünas qeyd edib ki, birmənalı olaraq insanların başına və üzünə "qaloş” sürtmək xurafat və cəhalətin qalığıdır:

"Azərbaycanda həmişə xalqımızın sevimli peyğəmbərimizə bağlılığı olub. Mətbuatda "qaloş piri” gündəmdir və tamamilə yanlış olaraq gündəmi zəbt edib. Mübarək ocaqda islama və dinə zidd bir əməl nümayiş olunur. Heç orada qaloş yoxdur. Həmin ocaqdakı adamlarla əlaqə saxladım, videoya təkrar olaraq baxdım. Bəli, həmin yerdə batil inancalar var. İnanıram ki, həmin seyid həyatda olsaydı, papağının çıxarılıb bu cür əməllərə yol verilməsini həqarət sayardı. Amma bu məsələnin üzərinə ciddi olaraq düşmək lazımdır. 

Ölkəmizdə bir qrup şəxslər var. Onlar Azərbaycanda ənənəvi məqsədin heç birini qəbul etməyən, şəhidi, dövləti, bayrağı müqəddəs saymayan bir neçə nəfər ilahiyyatçılar var ki, onlar şəhidi təkzib edirlər. Belə şəxslər şəhidi müqəddəs saymadıqlarını deyirlər və yalnız Allahı müqəddəs adlandırırlar. İndi də onların əlinə gözəl bir fürsət düşüb. Məsələnin kökündə duran odur ki, adı çəkilən seyid ocağı belə şəxslərə fürsət verib deyə şəhidlərimizi gündəmə daşımadıq. Beləliklə nalayiq hərəkəti gündəmə gətirməklə guya dinə xidmət edirlər”.

Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu