Gənc jurnalistlər media mühitində




Bakı Dövlət Universitetinin "Bakı Universiteti” qəzetinin redaktoru, Jurnalistika fakültəsinin müəllimi Anzulə Pərvizqızının təşəbbüsü ilə yeni sayt təsis edilib. "24media.az" adlı saytla əsasən Jurnalistika fakültəsinin tələbələri əməkdaşlıq edirlər. Gənc jurnalistlər dövlət və dövlətçiliyimizin inkişafı, ölkəmizdə baş verən yeniliklərlə bağlı xəbərlər hazırlamaqla yanaşı, xarici informasiya portallarına istinadən materiallarla, o cümlədən müəllif yazıları ilə çıxış edirlər.

Saytın təsisçisinin bildirdiyinə görə, "24media.az" tələbə-jurnalistlərin təcrübəyə yiyələnmələri baxımından böyük əhəmiyyət kəsb edir:

 "BDU-nun Jurnalistika fakültəsində nəzəri biliklər kifayət qədər tədris olunur. Etiraf edək ki, peşəkar jurnalist kimi formalaşmaqda təcrübə də önəmlidir. Bunun üçün tələbələr müxtəlif KİV-lərlə əməkdaşlıq etməlidirlər. Bu baxımdan, 24media.az-ın istifadəyə verilməsi onların gələcək peşə fəaliyyətlərinə müsbət təsir edəcək".

Saytla əməkdaşlıq edən tələbə-jurnalistlər isə saytın artıq müəyyən qədər kütləviləşdiyini və öz oxucularını tapdıqlarını deyirlər. Böyük həvəslə çalışan gənc jurnalistlər onlara göstərilən etimada görə müəllimlərinə təşəkkür edir və "24media.az" in gələcəkdə sayılıb-seçilən saytlardan biri olacağına inanırlar.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu