“Azərbaycan məhz Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi nəticəsində parçalanmadı” – Xalq artisti





«Heydər Əliyev millətin atası idi. Azərbaycan xalqı tarix boyu umumilli liderimiz Heydər Əliyevin adını hörmətlə anacaq. O xalqını sevdiyi qədər xalq da onu sevirdi deyə arxansınca getməyi seçdi».

Bunu "Sherg.az”a xalq artisti Nəzakət Teymurova deyib.

Onun sözlərinə görə, 15 iyunun mahiyyətini dərk etmək üçün o dövrü araşdırmaq yetərlidir ki, xalqın xilaskarı barədə fikir formalaşsın:

"Mən sənətə gəldiyim dövrlərdə məhz ulu öndərin qayğısını hiss etmişəm. Tələbəlik dövrlərim idi. Türkiyəyə qastrol səfərinə gedirdik. 

O zamanlar Heydər Əliyevə olan sevgini, dəyəri görmək mümkün idi. Heydər Əliev Naxçıvanda olanda biz də ora getmişdik. O zaman Naxçıvanda sənət aldamlarını öz otağına dəvət etdi, sənətçilərlə söhbət apardı, onların qayğıları ilə maraqlandı. İlk dəfə Heydər Əliyevi canlı şəkildə orada gördüm.

 Mən tələbəlik zamanı onunla ünsiyyət qurmaq şərəfinə nail oldum. Sonralar bir sıra dövlət tədbirlərində iştirak edərkən onunla ünsiyyətimiz olub. 

Elə bir dövlət tədbiri olmurdu ki, o səhnə arxasına keçib sənətkarlarla görüşməsin. Hər bir sənətçi ilə ayrı- ayrılıqda maraqlanırdı. Bizim üçün əvəzolunmaz bir şəxsiyyət, qətiyyətli bir insan, vətənini sevən bir öndər idi. 

Azərbaycan bu gün firavan həyat yaşayırsa, bu rahatlığın bünövrəsini Heydər Əliyev qoyub. Məhz onun qətiyyətinin, uzaqgörən siyasətinin, dünya miqyasında siyasi lider kimi nüfuzunun nəticəsində Azərbaycan dövləti parçalanmadı. Xalq onun arxasınca getdi».

Tahirə Məmmədqızı

Paylaş

Bizi Facebookda izləyin
menu
menu