Yohannes Han: "Aİ-Azərbaycan münasibətləri daha da intensivləşib"




"Aİ ilə Azərbaycan arasında münasibətlər son illər daha da intensivləşib”.

APA-nın məlumatına görə, bu sözləri Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının (Aİ) komissarı Yohannes Han Aİ-Azərbaycan Biznes Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, hazırda Azərbaycanla Aviasiya sazişinin imzalanması istiqamətində danışıqlar aparılır: "Aviasiya sazişi üzrə danışıqlar davam edir. Ümid edirik ki, saziş bu il imzalanacaq. Azərbaycan bizim etibarlı tərəfdaşımızdır”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu