“Yol hərəkəti haqqında” qanuna dəyişiklik edildi




Azərbaycanda yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və qadağan edilməsi ilə bağlı yeni hal müəyyən olunub.

Sherg.az-ın xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənəkənar iclasında müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Qanunun 12-ci maddəsinə (yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və qadağan edilməsi) əlavə edilən yeni bəndə əsasən, nəqliyyat vasitələrinin hərəkəti tarix və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda yol hərəkəti müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər.

Dəyişiklik üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Anar

Paylaş

Bizi Facebookda izləyin
menu
menu