Partiya sədrindən deputata SƏRT REAKSİYA: “Onun yaşına, başına...”




Ötənlərdə millət vəkili Arif Rəhimzadə ermənilərin "əli"nə işləyəcək  fikirlər səsləndirib. 
 ermənilərin istedadlı xalq olduğunu deyib. Millət vəıkili bildirib ki, ermənilərin heç də hamısı bizə qarşı aparılan aqressiv millətçilik siyasətini dəstəkləmir: 

"Erməni xalqı istedadlı, bacarıqlı və işgüzar xalqdır. Azərbaycanlılarla uzun illər dostluq ediblər”.

Sosial şəbəkə istifadəçiləri millət vəkilinin erməniləri tərifləməsini birmənalı qarşılamayıblar. Əvəzində isə deputatın ünvanına sərt ifadələr səsləndiriblər.

Deputatın fikirlərinə münasibət bildirən Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu "Sherg.az”a bildirib ki, baş verənlərin hamısı siyasi konyunkturdan başqa bir şey deyil:

"Arif Rəhimzadəni çox insan tanıyır. O gözlənilən siyasi qərarı və oynanılan bir oyunu pozduğunu bilsə, belə açıqlama verməz. Təbii ki, deputatın söylədikləri yanlışdır, ermənilər bizə düşməndir. Xüsusilə son zamanlar ermənilərin Müdafiə Nazirliyi əsgərlərimizi qətlə yetirənlərə mükafat verir. Belə olduğu halda millət vəkilimizin bu cür ifadələr səsləndirməsi yolverilməzdir. 

Deyilən sözlər Arif Rəhimzadənin şəxsi mövqeyidirsə, onun yaşına, başına, təcrübəsinə bunu yaraşdırmıram. Amma tək Arif Rəhimzadə deyil. Təəssüf ki, Arif Rəhimzadə yaşının bu çağında belə bir açıqlama verib. Lakin inanıram ki, onu belə açıqlama verməyə məcbur edirlər”.

Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu