Əli Hüseynli aydınlıq gətirdi: “Sahibkarlıqla bağlı məsələlərə bir məhkəmədə baxılmayacaq”




Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində bu gün keçirilən iclasında "Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik layihəsi müzakirə edilib.

Sherg.az-ın xəbərinə görə, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, ictimai müzakirələr zamanı belə təəsürat yaranırdı ki, "Məhkəmələr və hakimlər haqqında” qanuna edilən dəyişiklikdə məqsəd bütövlükdə sahibkarlıqla bağlı məsələlərin bir məhkəmədə baxılmasıdır:

"Amma bu, belə deyil. İnzibati məsələlərə inzibati məhkəmələrdə baxılacaq. O , yerdə ki, sahibkarlıq münasibəti var, ona kommersiya məhkəmlərində baxılacaq. Bunun anlayışı da verilib”.

Anar

Paylaş

Bizi Facebookda izləyin
menu
menu