Heydər Əliyev – Çətin durumda olan xalqın ümid bəslədiyi LİDER





"AXC -Müvafat hakimiyyəti xalqın adından danışıb sonra onları talan edən, dövləti çökdürən bir hakimiyyət idi”.

Bu sözləri "Sherg.az”a açıqlamasında "Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.

Baş redaktor qeyd edib ki, 15 iyun Azərbaycan dövlətçiliyi və xalqının tarixində mühüm bir gündür:

"Bu tarixdə bir çox qaranlıqlar işıqlandı və problemlər həllini tapdı. Eyni zamanda xalq- lider birliyi tariximizdə özünü nümayiş etdirdi. Müstəqil Azərbaycanın yaşamasında ən böyük amillərdən biri məhz xalq-lider birliyi idi. Qurtuluş gününə qədər müxtəlif hakimiyyətlərin dönəmi hökm sürürdü. Sürətlə hakimiyyət dəyişiklikləri və mübarizələr həmin dövrü xarakterizə edir. Müstəqilliyi əldə etmək çətindir, lakin həmin müstəqilliyi qoruyub-saxlamaq ondan da çətindir. 

1918-ci ildə bu müstəqilliyi əldə etmişdik. Amma təəssüf ki, onu qoruya bilmədik. 1991-ci ildə qazandığımız müstəqilliyi də itirmək təhlükəsində idik. 1980-ci illərin sonlarından başlayan siyasi vəziyyət SSRİ-nin dağılmasına zərurət yaratmışdı. Bu nailiyyət bizə imkan verdi ki, Azərbaycan dövləti öz müstəqilliyinə imza atsın. Beləliklə, 1991-ci ildə biz buna nail olduq. Amma 1990-ci illərin əvvəllərindən başlayan problemlər- xaos, anarxiya, naşı AXC-Müsavat hakimiyyəti, müxtəlif qruplaşmalar dönəmində müstəqilliyimizi əldə etdik”.

B.Quliyev bildirib ki, AXC -Müsavat hakimiyyəti dövründə büdcəmiz talan edilmişdi:

"Çünki SSRİ dövründə müxtəlif zavod və fabrik dağıdılmışdı, qanun yox idi, iqtisadiyyatımıza zərbə vurulmuşdu. Ali sovetdə qəbul edilən qanunlar belə icra olunmurdu. Belə bir dövrdə Azərbaycan vətəndaşı pis vəziyyətə idi, insanların gələcəyə ümidi öləzimişdi. 

AXC -Müsavat hakimiyyəti dönəmində haqsızlıq, addımbaşı insan hüquqlarının pozulması halları baş verirdi. Artıq insanlarda nifrət yaranmışdı.

Belə bir dönəmdə xalq ancaq bir liderə ümid bəsləyirdi. O dövrə qədər ulu öndər Heydər Əliyev öz fəaliyyəti və əməyi ilə, Azərbaycan xalqı və dövlətçiliyi qarşısında xidmətləri ilə adını şəxsiyyət kimi xalqın ürəyinə yazdı. Xalqımızın belə nadir şəxsiyyətin çətin vəziyyətdən çıxış yolu tapmasına əmin idi. Azərbaycan xalqı güvənirdi ki, onları bu çıxılmaz durumdan yalınız Heydər Əliyev xilas edə bilər”.

Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu