Türkiyə ilə ABŞ arasında S-400 müzakirəsi: Akar Şanahanla danışdı




Türkiyənin milli müdafiə naziri Hulusi Akar bu gün ABŞ müdafiə nazirinin vəzifələrini icra edən Patrik Şanahan ilə S-400 raketləri haqqında danışıb.

Sherg.az Türkiyə KİV-ə istinadən bildirir ki, Şanahanla telefonda danışan Akar,
ABŞ-dan olan həmkarı tərəfindən göndərilən məktubda müttəfiqlik ruhuna uyğun olmayan üslubdan narahat olduğunu dilə gətirib. Bununla yanaşı ABŞ və Türkiyə arasındakı ikili məsələlər, bölgədə təhlükəsizlik və müdafiə sahəsindəki müttəfiqlik müzakirə edilib.

Telefon danışığı zamanı iki nazir Brüsseldə gerçəkləşəcək NATO müdafiə nazirlərinin toplantısında bir araya gəlməyə razılaşıblar.

Anar

Paylaş

Bizi Facebookda izləyin
menu
menu