“Fransa məhkəməsinin qərarını əsas tutaraq erməniləri ifşa etməliyik”





"Əlbəttə ki, Fransa məhkəməsinin bu qərarı alqışa layiqdir”.

Bunu "Sherg.az”a açıqlamasında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib.

Birlik sədri vurğulayıb ki, qondarma qurumla əməkdaşlıq edən digər ölkələri də bu addımlarından çəkindirmək lazımdır:

"Bunun üçün konkret və planlı iş aparılmalıdır. Çünki ermənilər məqsədli şəkildə işğal altında saxlanılan Dağlıq Qarabağ regionunda yaradılmış qondarma qurumu müxtəlif təşkilatlara cəlb edirlər. Nə qədər qeyri-qanuni sayılsa da, onlar Dağlıq Qarabağda kütləvi tədbirlər keçirir, xarici ölkələrdən qonaqlar dəvət edirlər. 

Hər keçirilən tədbir və ya görüş də xarici mediada da işıqlandırılır. Bütün bunların qarşısını almaq lazımdır. Fransa məhkəməsinin qondarma rejimlə imzalanmış "dostluq xartiyası”nı ləğv etməsini əldə əsas tutaraq erməniləri ifşa etməliyik. Bununla ermənilərin qeyri-qanuni əməllərini daim gündəmə gətirmək olar”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu