Jurnalistin övladını it dişlədi: ARAŞDIRMA GEDİR




Paytaxt ərazisində daha bir uşağa it hücum edib. Belə ki, dünən Səbail rayonu, Lermontov küçəsində yerləşən "Şəlalə” parkında olub. Parkda gəzən cütlüyün iti azyaşlı uşağa hücum edərək qolunu dişləyib.
İtin hücumuna məruz qalan uşaq jurnalist Asif Nərimanlının övladıdır. Jurnalist hadisə barədə bu barədə sosial şəbəkədə məlumat verib:

"Parkda it oğluma hücum edib, qolunu dişləyib. İtin "ağızlığı” isə olmayıb, halbuki, ictimai yerlərdə iti belə gəzdirmək qanunla qadağandır. Bunlarsa deyir ki, gedin kimə şikayət edirsiniz edin. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişik. Şükür ki, uşaq ciddi xəsarət almayıb, yenə də həkimə müraciət edəcəyik”.

Hadisə ilə bağlı Lent.az -a açıqlama verən Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib ki, faktla bağlı uşağın atası 102 zəng mərkəzinə müraciət edib:

"Hadisə ilə bağlı Səbail rayonunun müvafiq polis bölməsinə dəvət olunaraq, izahatı alınıb. Hazırda fakt üzrə 9-cu polis bölməsində tədqiqat araşdırma aparılır”.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu